“Soyqırımı Memorial Kompleksi”ndə bu gündən etibarən 2 gün ərzində “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar soyqırımı hadisələrini özündə əks etdirən kitabların sərgisi və ziyarətçilər üçün mövzu ilə bağlı viktorinanın keçirilməsi nəzərdə tutulmuşdur. Kompleksə gələcək yerli və əcnəbi ziyarətçilər muzeyin zalında kitab sərgisi ilə tanış olacaq, viktorina suallarını cavablandıran fəal iştirakçılara müxtəlif hədiyyələr, o cümlədən kitab və bukletlər təqdim ediləcəkdir.