27. 04. 2019-cu il tarixində “Mustafa Kamal Atatürk-2019” Türkiyə-Azərbaycan birgə hərbi təlimlərə cəlb olunan türk hərbi əsgər və zabitləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. İlk öncə qonaqlar faciə qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etmiş və qarşısına tər güllər düzmüşlər. Qonaqları salamlayan Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova son 2 əsrdə Qafqazda türk-müsəlman əhalisinə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti və 1918-ci ildə Azərbaycan torpaqlarında erməni quldur dəstələri tərəfindən törədilmiş vəhşilikləri barədə, həmçinin muzeyin ekspozisiyalarında əks olunmuş foto şəkillər və sənədlər haqqında ətraflı məlumat vermişdir.
Sonda qonaqlara soyqırım hadisələrini əks etdirən kitab və bukletlər təqdim edilmişdir.