• office@soyqirim.az
  • (023)335-37-07
ABŞ-ın Los-Anceles şəhərindəki Simon Vizental adına Mərkəzin şöbə müdiri Şimon Samuels Soyqırımı Memorial Kompleksinə ziyarəti / 7 İyul, 2019

UNESKO-nun  Ümumdünya  İrs Komitəsinin 43-cü  sessiyasında  iştirak  edən ABŞ-ın  Los-Anceles  şəhərindəki  Simon   Vizental   adına   Mərkəzin şöbə müdiri Şimon Samuels Qubaya səfəri  çərçivəsində   Soyqırımı  Memorial  Kompleksini  ziyarət etmişdir.  Qonağı salamlayan Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Azərbaycan tarixinə  XX  əsrin ən faciəli soyqırımlarından biri kimi daxil  olmuş  qanlı faciədə bolşevik-erməni silahlı dəstələrinin  Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan,  Lənkəran, Gəncə və digər  bölgələrdə  törətmiş  kütləvi  qətliamları  və mindən artıq kəndlərin  yandırılıb  dağıdılması haqqında  ətraflı məlumat vermişdir.  O, qeyd  etmişdir ki, 1918-ci ilin aprel-may aylarında yalnız  Quba qəzasında 167 kənd  tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara  məruz  qalıb,  qəzanın  müsəlman  və qismən  də yəhudi  əhalisi  kütləvi  şəkildə qətlə yetirilib.

Paylaş

Spread the love