Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ Turizm Mərkəzində “Yay Fest – gənclər düşərgəsi” təşkil edilmişdir. 500-dən artıq iştirakçı 16.07.2019-cu il tarixində Quba Soyqırımı Memorial Kompleksində olmuşlar. Gənclər tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Azərbaycançılıq” mövzusunda mühazirəsini dinləmişlər.Tarixçi bildirib ki, 101 il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişlər.
Daha sonra Muzeyə ekskursiya edən gənclərə Kompleksin Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılmasından, həmçinin XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri və erməni vandallarının ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə məlumat əldə etmişlər. Sonda gənclərə soyqırımı hadisələrini özündə əks etdirən bukletlər təqdim edilmişdir.