• office@soyqirim.az
  • (023)335-37-07
“Gənc Heydərçilər” Yay məktəbinin iştirakçıları Soyqırımı Memorial Kompleksində / 22 İyul, 2019

Nəsimi RİH-nin təşkilatçılığı ilə “Gənc Heydərçilər” yay məktəbinin 150 nəfərdən çox iştirakçısı Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.Məktəblilər ilk öncə soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış xatirə abidəsini ziyarət etmiş və sonra muzey ilə tanış olmuşlar.Gənc Heydərçilərə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar, həmçinin erməni hərbi birləşmələrinin həyata keçirdikləri soyqırımı aktları barədə ətraflı məlumat verilmişdir.

Paylaş

Spread the love