1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”ndə kitab sərgisi təşkil edilmiş və 18 yanvar tarixində “Tarixi filmlər” layihəsi çərçivəsində “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilmişdir. Bundan əlavə 19-20 yanvar tarixlərində Kompleksə gələn yerli və xarici ziyarətçilər üçün 20 Yanvar hadisələrinin fotoşəkillərini və həmin dövrdə çəkilmiş video görüntüləri əks etdirən video çarx nümayiş etdirilir. Həmçinin Kompleksin peşəkar mütəxəssisləri tərəfindən bu günlərdə qeyd olunan hadisələrlə bağlı ziyarətçilərə ətraflı məlumatlar verilir.