Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) Quba Regional Mərkəzi və Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Xocalı” faciəsinin 28-ci ildönümü və 2018-ci ildə Kompleksdə qəbul edilmiş, 5 il ərzində (2018-2022) həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı ”layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil edilmişdir. Layihə çərçivəsində ilk tədbir 21. 02. 2020-ci il tarixində Xaçmaz şəhər 2 N-li tam orta məktəbində RİH-nin əməkdaşları, həmin məktəbin rəhbərliyi eləcə də müəllim və şagird kollektivinin iştirakı ilə həyata keçirilmişdir. Tədbirdə RİH-nin baş məsləhətçisi Yaqut Məsimova, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Soyqırımı Memorial Kompleksinin Elmi şöbəsinin müdiri Lətafət Beybutova və mütəxəssislər Seyid Cabbarov, İslam Aslanov, Aygün Ağamirzəyeva “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” mövzusunda eləcə də Kompleksin fəaliyyəti barədə geniş məzmunlu çıxışlar etmişlər. Sonda “Quba soyqırımı” sənədli filmi nümayiş edilmiş və təhsil müəssiəsinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər hədiyyə olunmuşdur.