Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) Quba Regional Mərkəzi və Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi ilə ”Erməni vəhşilikləri tarixdən silinməz” (1992-Xocalı faciəsi, 1918-Mart soyqırımı) adlı tədbir Xaçmaz şəhər 4№ li tam orta məktəbində təşkil edilmişdir. Tədbirdə RİH-nin baş məsləhətçisi Yaqut Məsimova, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) Quba Regional Mərkəzininrəhbəri Bəhruz Əfəndiyev, Soyqırımı Memorial Kompleksinin Elmi şöbəsinin müdiri Lətafət Beybutova və mütəxəssislər Seyid Cabbarov, İslam Aslanov, Aygün Ağamirzəyeva mövzu ilə bağlı, həçinin Kompleksin fəaliyyəti barədə geniş məzmunlu çıxışlar etmişlər. Sonda təhsil müəssiəsinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər hədiyyə olunmuşdur.