Xocali Faciəsinin 28-ci il dönümü və “31 Mart Azərbaycanlıların Soyqırımı” adlı layihəyə əsasən anım tədbiri Xaçmaz şəhər 8 № li tam orta məktəbində həyata keçirilmişdir. “Tarixin qanlı salnaməsi” mövzusunda təşkil olunan tədbirdə məktəbin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbirdə ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan söhbət açılmışdır. Sonda təhsil müəssisəsinin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitablar hədiyyə olunmuşdur.