01.03.2020-cu il tarixində Quba “Soyqırımı Memorial Kompleksi”ndə yaz-yay mövsümünün gəlişi, müəssisənin fəaliyyəti, proqram və layihələrin icrası istiqamətində görüləcək işlər baradə genişləndirilmiş xidməti iclas keçirilmişdir. İclasda Kompleksin direktoru Rəxşəndə Bayramova 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar əməkdaşların qarşısında duran vəzifələri yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.