• office@soyqirim.az
  • (023)335-37-07
#evimyeniişyerim Tariximizi öyrənək-öyrədək! Əziz izləyicilərimiz! Muzeyin bölmələrindən birində tarixi fotoşəkli əks olunan Şamaxıda yerləşən “Cümə" məscidinin tarixi haqqında qısa məlumatı Sizlərə təqdim edirik.

övqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış sənədlər və komissiya üzvü olan Belarusiyalı fotoqraf Lev Daşkeyiviçin lentə aldığı foto-şəkillər arasında VIII əsrə aid Şamaxı şəhər ərazisində yerləşən Cümə məscidinın fotoşəkli muzeyin “Şamaxı Qəzası” bölməsində yer almışdır.
Azərbaycan xalqının tarixi-mədəniyyət abidələrindən olan Cümə məscidi təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatmışdır. Şamaxı zəlzələləri zamanı dağılmış və bir neçə dəfə bərpa edilmiş məscid 1918-ci ildə Şamaxıda törədilmiş soyqırımlar zamanı ciddi zədələnmişdir. Belə ki, Bakıda mart soyqırımının başlandığı dövrdə Şamaxıda Stepan Lalayanın rəhbərliyi ilə “Daşnaksütyun” partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı soyqırıma başlamış və bu hadisələr zamanı 1800 dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məsciddə vandal erməni daşnaklar tərəfindən yandırılmışdır. Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdir. Ermənilər tərəfindən törədilmiş bu yanğının izlərini indi də məscidin bəzi divarlarında görmək mümkündür.
2009-cu ildə bu mühim tarixi-memarlıq abidəsinin əsaslı təmiri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam verilmiş və 2013-cü ildə təmirdən sonra açılışı keçirilmişdir.Hazırda bu tarixi məkan məscid kimi fəaliyyət göstərir.

Paylaş

Spread the love