Kompleksdə muzeyin çıxış hissəsinə aid ekspozisiyada 1918-ci ildə Bakıda yerləşdirilmiş ingilis qoşunlarının komandanı, Qafqaz İslam Ordusuna qarşı müqavimət əməliyyatının rəhbəri general-mayor Lionel Denstervillin və «Британскнй Имперализм в Баку и Персии“ adlı kitabının foto-şəkili nümayiş olunur.
Lionel Denstervill Bakı hadisələri haqqında gündəliyində yazır:“Hər iki cinahın ön xəttində dayanan ermənilərin nəzarət etdiyi mövqelər mənim Şimali Stafforddan olan əsgərlərim hesabına qüvvətləndirilsə də, bu ermənilər son dərəcə boş, fərsiz adamlardır. Aralarında heç bir nizam-intizam və mütəşəkkillik yoxdur. Bakı, heç nəyə baxmadan hələ də müdafiə olunur. Bu, uzun sürən möcüzədən savayı, ayrı bir şey deyil. Ermənilər düşmənin hücum etdiyi bütün mövqelərdən qaçırlar. Nəticədə mənim yardımdan məhrum olan əsgərlərim asan ova çevrilirlər. Mən ermənilərə az öncə möhkəmləndirilən mövqelərdə yerləşməyi əmr etmişdim. Çünki zərbəni məhz həmin istiqamətdən gözləyirdik. Amma onlar düşmən hücumunu əsas gətirib əmrin icrasından boyun qaçırdılar. Dünən erməni hərbi hissələrinə cəbhə xəttinə yollanmaq əmr olunub. Lakin yığışıb məsələ ilə bağlı iclas keçiriblər. Onlardan 30 faizi cəbhə xəttinə yollanmağın lehinə, 70 faizi əleyhinə olub! Baş komandan general Vasili Dokuçayevin qərargah rəisi polkovnik Zirayp Avetisov aciz, xəstə, tamamən heç bir işə yaramayan adamdır. Generala dedimki, ona bir təpik vurub qovsun, yerinədə Stouku təyin etsin. 5 sentyabr 1918-ci il”.