İtaliyanın nüfuzlu “Republika” qəzetinin müxbiri Pietro – Del – Re Quba şəhərində Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir.
Tanınmış jurnalistə erməni daşnaklarının 1918 – ci ildə Bakı quberniyasının bir çox qəzalarında törətdikləri vandalizm haqqında ətraflı məlumat verilmişdir. Həmçinin erməni xislətinin dinc sakinlərə qarşı çevrildiyi və terrorun erməni ideologiyasının əsasında durduğu faktlarla təqdim olunmuşdur.Son günlərdə Qarabağ döyüşlərində ölkəmizin əzimli mübarizəsini dəstəklədiyini bildirən İtaliyalı jurnalist öz ölkəsinə geri döndüyündə erməni vandalizmini geniş şəkildə işıqlandıracağını bildirmişdir.