Şanlı tariximizin yazıldığı bu günlərdə hər bir kəs fəaliyyət sahəsindən aslı olmayaaq əlindən gəldiyi qədər dövlətə dövlətçiliyə , doğma vətənə olan bağlılığını, Ali Baş Komandana həmçinin qələbəyə olan inamını göstərməyə, fəaliyyətini bu istiqamətdə qurmağa və müzəffər ordumuza dayaq olmağa çalışır. Quba Soyqırımı Memorial Kompleksi də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədi ilə artıq neçə vaxtdır Kompleks əməkdaşları mütəmadi olaraq cəbhədə döyüşən müzəffər ordumuzun zabit və əsgərlərinə vətənpərvər məzmunlu məktublar yollayır və rəşadətli əsgər və zabitlərimizə onların bu şərəfli işlərində mənəvi dəstək olmağa çalışırlar. İnanırıq ki tezliklə vətən müharibəsi qələbə ilə yekunlaşacaq və doğma Qarabağımız düşmən tapdagından azad olunacaqdır.