• office@soyqirim.az
  • (023)335-37-07
Soyqırımı Memorial Kompleksi “Qarabağ abidələrini tanıyaq. tanıdaq!” adlı layihəyə start verir. / 13 Dekabr, 2020

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılıb talan edilmiş yüzlərlə mədəniyyət ocaqları, abidələri və tarixi-memarlıq nümunələrinin tanıdılması istiqamətində Soyqırımı Memorial Kompleksi “Qarabağ abidələrini tanıyaq. tanıdaq!” adlı layihəyə start verir. layihə çərçivəsində qeyd olunan abidələr və tarixi-memarliq nümunələri barədə silsilə məlumatlar, abidələrə dair fotoşəkillər həmçinin tarixi xronika Sizlərə təqdim olunacaqdır. Sizləri bizlərlə birgə bu sahədə əməkdaşlıq etməyə, birgə məlumatlanmağa və öyrənib -öyrətməyə dəvət edirik. Məqsədimiz mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələrin tarixi həqiqətlərini yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Tarixinə sahib çıxan xalq məğlubedilməzdir!

Paylaş

Spread the love