• office@soyqirim.az
  • (023)335-37-07
"Qarabağ abidələrini taniyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur:
Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir.
Kompleksin tikintisinə 1977-ci ildə başlanılıb və dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı keçirilmişdir. Şuşada Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat sərgilənirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılmışdır.
Qeyd edək ki, II Qarabağ savaşından sonra Şuşa şəhəri azad olunmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə şəhərdə tikinti abadlıq işlərinə, o cümlədən tarixi- memarlıq abidələrinin restarvasiyasına başlanılmışdır.

Paylaş

Spread the love