• office@soyqirim.az
  • (023)335-37-07
Yeni məzmunda bələdçi kitabçası nəşr olunur. / 25 Yanvar, 2021

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” əməkdaşlarının bir neçə aydır üzərində çalışdıqları yeni məzmunlu təbliğat və tanıtım xarakterli 3 dildə (Azərbaycan, ingilis və rus) video rolik və xüsusi sənədli filmin yazıldığı disk, buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsullarının hazırlanması işi tamamlanmaq üzrədir. 2021-ci ildə ilk hazırlanmış çap məhsulu- 2 dildə (Azərbaycan və ingilis) bələdçi kitabçası- nəşr üçün artıq mətbəəyə göndərilmişdır. 12 səhifədən ibarət kitabçada Kompleksdə ziyarətçilərə göstərilən xidmətlər, onlar üçün yaradılmış şərait barədə məlumatlar, həmçinin ekskursiya zamanı gediləcək yerlər – yol xəritəsi öz əksini tapıb.

Paylaş

Spread the love