"Qarabağ abidələrini taniyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur: Ağdam-Çörək muzeyi .
Azərbaycanın Ağdam şəhərində inşa edilmiş Çörək muzeyi ilk ziyarətçisini 25 noyabr 1983-cü ildə qəbul etmişdir. Sovet dönəmində muzey yerli mədəniyyət abidəsi kimi qorunurdu.
Muzeydə 2800 -ə yaxın eksponatın nümayişi ilə yanaşı çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında məlumatlar verilirdi. Karvansarası olan muzeyə bitişik ərazidə təndirxanası olan “Sünbül” kafesi də fəaliyyət göstərirdi.
Birinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin avqust ayının 12-də atılan mərmilər nəticəsində muzey tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək mümkün olmamışdır və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur.
II Qarabağ savaşından sonra Ağdam şəhəri azad olunmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə şəhərin bərpası, o cümlədən tarixi- memarlıq abidələrinin abadlaşdırılması istiqamətində işlərinin başlanılmasına start verilmişdir.
Paylaş