• office@soyqirim.az
  • (023)335-37-07
Tarixçilərimizin qələmindən : 1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına bir baxış #genocid / 24 Mart, 2021

Akademik Yaqub Mahmudov: Ermənilər 1918-ci ildə Azərbacanda tək azərbaycanlılara yox, bütövlükdə insanlığa qarşı dəhşətli cinayətlər törədiblər. Daşnak dəstələri Bakının bütün müsəlman məhəllələrinə hücum edərək, kiçikli-böyüklü silahsız əhalini məhv ediblər.
Aparılmış araşdırmalar sayəsində çox sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Ümumiyyətlə, heç bir dövrdə insanları bu cür qəddarcasına və amansız metodlarla öldürməyiblər. Azərbaycanda törədilən soyqırımları haqda ayrı-ayrı kitablar nəşr olunub.
Ermənilər Cənubi Qafqaza köçürülüb, indiki Ermənistan dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, məscidlər dağıdılıb.

Paylaş

Spread the love