• office@soyqirim.az
  • (023)335-37-07
Tarixçilərimizin qələmindən : 1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına bir baxış #genocid / 25 Mart, 2021

Solmaz Rüstəmova-Tohidi: XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı – xalqımızın və ərazilərimiz varlığının ciddi təhlükə ilə üzləşdiyi hadisələr silsiləsinin başladığı tarixdir. Rusiya imperiyasının süqutundan sonra müstəqillik üçün yaranan tarixi şəraitdən istifadə edən Azərbaycan, Gürcüstan və Ermənistan istiqlaliyyətlərini bəyan etdilər. Lakin Ermənistan müstəqilliyin ilk günlərindən qonşu respublikalara, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. “Böyük Ermənistan” iddialarını həyata keçirməyə çalışan erməni daşnakları və terrorçu təşkilatları azərbaycanlıların güclü sosial bazasını sarsıtmaq üçün bolşeviklərlə birlikdə Bakıda və digər bölgələrimizdə qanlı qırğınlar törədərək on minlərlə günahsız insanı qətlə yetirdilər. Həmin günlərdə azərbaycanlıların 400 milyon rubl məbləğində əmlakı qarət edildi. Kütləvi qarətlər Bakının müsəlman əhalisi arasında aclığa və müxtəlif xəstəliklərin yayılmasına səbəb oldu. Yalnız 1918-ci ilin sentyabrında Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsindən sonra azərbaycanlılar təhlükədən xilas oldular.

Paylaş

Spread the love