• office@soyqirim.az
  • (023)335-37-07
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü ilə Türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti Quba rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət etmişlər. / 10 Aprel, 2021
Ziyarətçilərə erməni vandallarının 1918-ci ildə Azərbaycanda o cümlədən Qubada törətdikləri insanlığa sığmayan vəhşilikəri haqqında ətraflı məlumat verilmişdir.
Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat və tanıtım xarakterli, buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları gələn ziyarətçilərə, Türkiyəli qonaqlar tərəfindən isə Soyqırımı Memorial Kompleksinə xatirə hədiyyəsi təqdim edilmişdir.

Paylaş

Spread the love