• office@soyqirim.az
  • (023)335-37-07
Türkiyə Jandarma Genel Komutanlığının polkovnikləri cənab Nuradəddin Altıntaş, cənab Ekrem Mengi və cənab Onur Bakınhan Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət etmişlər. / 21 May, 2021

Qonaqlar ilk öncə 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzmüş, daha sonra isə Kompleksin muzeyi ilə tanış olmuşlar. Onlar erməni vandalizmini özündə əks etdirən sənəd və fotoşəkillər ilə tanış edilmiş, soyqırımın ümumbəşəri cinayət olduğunu qeyd olunaraq tarixi faktlar diqqətlərinə çatdırılmışdır. Xatirə kitabına qeydlər edən cənab Ekrem Mengi gördüklərindən çox təsirləndiyini bildirmiş və Allahdan soyqırımı qurbanlarına rəhmət diləmişdir. Sonda qonaqlara soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər verilmişdir.

Paylaş

Spread the love