Azərbaycan Milli Şurası və hökuməti tərəfindən 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edildikdən 19 gün sonra iyun ayının 16-da hökumət Tiflisdən Gəncə şəhərinə köçürülür. Bakı şəhəri bolşeviklərdən azad olunana qədər 3 ay ərzində Hökumət fəaliyyətini şəhər bələdiyyə binasında davam etdirir.Gəncə şəhərinin müvəqqəti olaraq Cumhuriyyətin paytaxtı olunması barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərilir.