Ziyarət zamanı düşərgə iştirakçılarına erməni daşnakların 1918-ci ildə Azərbaycan torpaqlarında törətdikləri soyqırımı hadisələri haqqında ətraflı məlumat verilmişdir. Ziyarətin sonunda onlara Kompleksin rəhbərliyi tərəfindən soyqırımı hadisələrini özündə əks etdirən kitab, buklet və müxtəlif hədiyyələr təqdim edilmişdir.