44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ / 27 Sentyabr, 2021
Son 2 əsrdir ki, regional və beynəxlaq güclərin hərtərəfli dəstəyi ilə, xalqımıza qarşı terror, işğalçılıq, soyqırım və etnik təmizləmə siyasəti həyata keçirən, bədnam ermənilər vətən torpağında böyük müsibətlər törətmişlər. 1988-ci ildən başlayaraq, tarixi İrəvan torpaqlarımızdan sovet rəhbərliyinin dəstəyi ilə zorla azərbaycanlıların köçürülməsini həyata keçirən, Dağlıq Qarabağda terror, qarşıdurmalar yaradan, ərazilərimizin 20%-ni işğal edən və cənnət Qarabağımızın ekologiyasını, tarixi, dini-mədəni abidələrini, bütün infrasturukturu məhv edən təcavüzkar Ermənistana 44 günlük müharibədə Şanlı Azərbaycan tarixi dərs verdi. Bu tarixi qələbəni 27 sentyabr 2020-ci il tarixində başlanan II Qarabağ müharibəsi ilə bizlər Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqımızın milli ruhu sayəsində əldə etdik. Məhz həmin gün 32 ildən bəri davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu.
İstər beynəlxaq hüquq baxımından, istərsə də tarixi ədalət baxımından Azərbaycan dövləti və xalqı bir yumruq olmaqla səfərbər olaraq 44 gün ərzində tarixi ədaləti bərpa etdi.
Azərbaycvan Respublikasının Prezidenti və onun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları nəticəsində 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirilməklə Ermənistan məğlub edildi.
Bu şanlı və haqq etdiyimiz tarixi qələbəmiz, dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət, hərbi strategiyası, xalqımızın güclü iradəsi və böyük əzmi, milli ruhu, dünyada yaşayan azərbaycanlıların dəstəyi Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Allah vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış vətən oğullarına rəhmət eləsin.
Paylaş