Keçirilən görüşlər zamanı hər iki qoruğun ölkə daxilində eləcə də dünyada tanıdılması istiqamətində təbliğat xarakterli layihələrin və birgə işlərin həyata kecirilməsi, qoruqlar arasında sıx əməkdaşlığın genişləndirilməsi, internet platformasında birgə fəaliyyətin göstərilməsi və onlayn tədbirlərin təşkili barədə razılıq əldə edilmişdir. Sevindirici haldır ki, artıq 20 okyabr tarixindən etibarən bu həftə ərzində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda gələn ziyarətçilər üçün 1918-ci ildə Azərbaycan torpaqlarında baş vermiş soyqırımları əks etdirən tanıtım xarakterli kitab, buklet, braşur və disklər əsasında sərgi nümayiş olunur. Bu gözəl təşəbbüsə görə Gəncə Qoruğunun rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk.