Tarixdə bu gün: 25 oktyabr Qubadlının işğaldan azad olunduğu gündür.
Birinci Qarabağ müharibəsində yəni, 31 avqudst 1993-cü ildə Ermənistan qoşunları tərəfindən işğal edilmiş Qubadlı şəhəri 27 il sonra 25 oktyabr 2020-ci il tarixində II Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən geri qaytarıldı. Həmin tarixdə Qubadlı şəhəri ilə bərabər Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələri, həmçinin Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri də düşmən tapdağından azad edilmişdir.
Torpaqlarımızın azad olunması uğrunda canından keçmiş qəhrəman vətən oğullarına Allahdan rəhmət diləyirik.
Yaşasın qədim tarixə malik, müstəqil Azərbaycan dövləti!
Paylaş