Əziz izləyicilər! Sevindirici haldır ki, 2018-ci ildən etibarən akademik Yaqub Mahmudov tərəfindən Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə kitab hədiyyə etmə ənənəsi bu gün də uğurla davam etdirilir. Belə ki, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu tərəfindən Kompleksin kitabxanasına 1918-ci il Azərbaycanlıların soyqırımına dair 100 ədəd kitab hədiyyə edilmişdir. / 2 Mart, 2022
Tarix İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Sükürova, eləcə də kitabların müəllifləri – Vaqif Abışov, İlqar Niftəliyev, Natiq Məmmədzadə, Güntəkin Nəcəfli, Nigar Gözəlova və Nazim Mustafaya öz dərin təşəkkürümüzü bildiririk.
Kitabxanamızın zənginləşməsinə töhfəsini vermək istəyən dəyərli ziyalılarımız ilə əməkdaşlıq etməyə hər zaman hazırıq.
Paylaş