• office@soyqirim.az
  • (023)335-37-07
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Guba Palace Hotel”də 31 mart azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş “Soyqırımı: ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. / 30 Mart, 2022
Konfrans iştirakçıları öncə Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni, daha sonra Memorial Kompleksdə soyqırımı qurbanlarını xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Konfrans iştirakçıları Kompleksin muzeyini ziyarət etməklə yanaşı 1918-ci il soyqırımı zamanı, eləcə də işğaldan azad olunmuş ərazilərdə dağıdılmış dini-mədəni abidələrin fotoşəkillərindən ibarət sərgilərlə tanış olmuşlar.
Kompleksin direktoru t.ü.f.d Rəxşəndə Bayramova qonaqlara erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri ümumbəşəri cinayətlər barədə ətraflı məlumat vermişdir.

Paylaş

Spread the love