• office@soyqirim.az
  • (023)335-37-07
31 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 104-cü il dönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir. / 31 Mart, 2022
Anım tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Quba Rayonu İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndəsi xanım Tuğba Sarayönlü, AMEA-nın Aixeologiya, Etnoqrafiya və Antropologiya İnsititutunun baş direktoru tarix elimmləri doktoru, pfofessor Abbas Seyidov, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru t.ü.f.d. Rəxşəndə Bayramova, dövlət və hökumət rəsmiləri, ölkədə yaşayan milli azlıqların icma rəhbərləri və media nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni, sonra isə Memorial Kompleksdə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək önünə gül dəstələri düzmüşlər. İştirakçılar Kompleksin muzeyini ziyarət etməklə yanaşı Türkiyə Cümhuriyyətinin Milli Arxiv İdarəsindən gətirilmiş 1905-ci il soyqırımları, eləcə də işğaldan azad olunmuş ərazilərdə dağıdılmış dini-mədəni abidələrin foto-şəkilləri, eyni zamanda 1918-ci il soyqırımlarını özündə əks etdirən kitab və bukletlər əsasında sərgilərlə tanış olmuşlar.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmış, daha sonra XX əsrdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı milli-etnik zəmində kütləvi soyqırımı aktlarından və 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar əməlləri haqqında çıxışlar edildi.
Gün boyu davam edən anım tədbirinə on minlərlə insan Quba Soyqırımı Memorial Kompleksinə gələrək, soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xatirə Abidəsi”ni zayarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.

Paylaş

Spread the love