• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə şair, şərqşünas, tərcüməçi, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə elmlər doktoru və professor Şahin Fazillə görüş keçirilmişdir. / 17 Avqust, 2022

Görüşdə “Vətən” poemasının müəllifi şair Ramiz Qusarçaylı, Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova və Kompleksin əməkdaşları iştirak etmişdir. Tədbirdə Ş..Fazil Quba tarixinə həsr edilmiş mühazirə ilə çıxış etmiş və xronoloji ardıcıllıq ilə Qubanın qədim dövrlərdən müasir vaxta qədər olan inkişaf mərhələlərinin mühüm məqamlarını iştirakçılara çatdırmışdır. Daha sonra çıxış edən şair Ramiz Qusarçaylı Şahin Fazil yaradıcılığından bəhs etmiş, ziyalı alimə uğurlar arzulamışdır. Sonda tarix elmləri doktoru, professor Şahin Fazil təşkil olunmuş tədbirə görə minnətdarlığını bildirmiş, yazdığı kitabı kompleksin kitabxanasına hədiyyə etmişdir.

Paylaş

Spread the love