• office@soyqirim.az
  • (023)335-37-07
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib.

Zəngilan  1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gələn, yüzlərlə şəhid verən işğala məruz qalan ən sonuncu rayon olmuşdu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdür. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
   44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun qazandığı ən böyük uğurlardan biri də  Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurub və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad etməklə,  Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratması oldu. Ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başlamışdır.

  Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir ki, Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri , Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və 5 adsız yüksəklikləri,  52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə bu ərazini azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdir.

Paylaş

Spread the love