• office@soyqirim.az
  • (023)335-37-07
8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış ,tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür. / 8 Noyabr, 2022

Ölkə Prezidenti Cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında”imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi.Müzəffər Ali Baş komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin ,şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə,sağlıqlarda söylənilən “Qarabağ”yaramız sağaldı.Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr,xüsusi ilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyinde çox vacib rol oynadı. Bu qələbəni bu gün böyuk iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi,iqtisadi gücü,müasir ordu quruculluğu və xalq -iqtidar birliyi sayəsində mümkün olmuşdur.
Noyabırın 10-u ölkəmiz üçün tarixi bir gün oldu.Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi.Azərbaycan,Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür.Bu gün Azərbaycan Qarabağa qovuşdu,tarixi zəfərə imza atdı .Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki,bu tarixi qələbəni şahidi oldu.Bu tarixi qələbəni,sevinci yaşadan müzəffər ordumuza borcluyuq.Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Paylaş

Spread the love