21.02.2023-cü il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində “Azərbaycanda Sovet işğalına qarşı müqavimət hərəkatı” mövzusunda onlayn seminar keçirilmişdir. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilmiş onlayn tədbirdə kompleksin əməkdaşları – Dr.Sübhan Talıblı “1920-ci ildə Sovet rejiminə qarşı Qarabağda üsyan”, Aysu Bülbülzadə “Sovet işğalına qarşı Gəncədə müqavimət hərəkatı”, Aslan İslamov “Sovet işğalına qarşı müqavimət hərəkatının fəal iştirakçısı Əli bəy Zizikski” mövzusunda çıxışlar etmişdir. Seminarda Soyqırımı Memorial Kompleksinin əməkdaşları ilə birgə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 50-dən artıq elmi işçisi, eləcə də bələdçiləri iştirak etmişlər.
Qeyd edək ki, 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar fevral ayı ərzində keçirilmiş silsilə onlayn tədbirlərdə müxtəlif tarixi-mədəniyyət qoruqlarının ümumilikdə 150-dən çox əməkdaşı iştirak etmişidir. Seminarlar feysbuk sosial şəbəkəsində canlı olaraq yayımlanmışdır.