• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 105-ci və 26 fevral – Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilmişdir. / 23 Fevral, 2023

Tədbirdə universitetin Dr.İsmayıl Mahmudov, Dr.Təhminə Əliyeva, Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Sübhan Talıblı, kompleksin əməkdaşı Abutalıb Turabov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbə heyəti iştirak etmişlər. Çıxış edən natiqlər 1918-ci il soyqırımları zamanı 50 mindən çox günahsız insanın erməni qəsbkarları tərəfindən qətlə yetirilməsi, memorial kompleksin fəaliyyəti, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində fəaliyyəti haqqında ətraflı məlumatlar vermişlər. Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən müxtəlif bukletlər təqdim edilmişdir.

Paylaş

Spread the love