• qsmk@soyqirim.az
  • (023)336-37-07
Kürdəmir şəhərində “Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Soyqırımı Memorial Kompleksi tərəfindən silsilə tədbirlər davam etdirilir. “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin fəaliyyəti” mövzusunda növbəti tədbir Kürdəmir Heydər Əliyev Mərkəzində keçirilib. / 3 Mart, 2023
Tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsi, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbər və işçi heyəti iştirak edib. Çıxışçılar 1918-ci ildə erməni vandalları tərəfindən həyata keçirilmiş soyqırımı hadisələrindən, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının bu soyqırımıların tanıdılması istiqamətində mühüm sənəd olduğunu məruzlərində qeyd etmişlər. Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edilmişdir.
 
 
 

Paylaş

--->
[lgxlogoslider id="10212"]