Beyləqan şəhərində “Heydər Əliyev ili” və 31 mart azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Soyqırımı Memorial Kompleksi tərəfindən keçirilən növbəti tədbir "Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli azərbaycanlıların soyqırımı haqqında fərmanının tarixi əhəmiyyəti" mövzusunda olub. Beyləqan Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan Rayon Nümayəndəliyi, Tarix Diyarşünaslıq Muzeyi, Mədəniyyət Evi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbər və işçi heyəti, eləcə də ümumrayon təhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak edib. / 4 Mart, 2023
Tədbirdə çıxış edən natiqlər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı son 2 əsrdə həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə məlumat veriblər. Bildirilib ki, 1918-ci il azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Paylaş