1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 106-cı ildönümü ilə əlaqədar olaraq AMEA Lənkəran Regional Elmi Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” adlı onlayn seminar keçirilmişdir. Vebinarda Regional Elmi Mərkəzinin və Soyqırımı Memorial Kompleksinin əməkdaşları iştirak ediblər. Çıxış edənlər XX əsrin əvvəllərində erməni qəsbkarları tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş soyqırımlar barədə danışaraq qeyd etmişlər ki, bu soyqırımlar bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. Vebinarda ümumilikdə 30-a yaxın əməkdaş iştirak etmişdir. / 28 Mart, 2024
Paylaş