• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Ege Universiteti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və İzmir Azərbaycan Dərnəyinin birgə təşkilatşılığı ilə İzmir şəhərində yerləşən Ege Universitetində “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən qırğınlar və deportasiyalar” mövzusunda keçirilmiş konfransda iştirak etmək məqsədilə Türkiyə Respublikasının İzmir şəhərində səfərdə olan Soyqırımı Memorial Kompleksinin direktoru Dr.Rəxşəndə Bayramova, Kompleksin mütəxəssisi Dr.Sübhan Talıblı, və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Ege Universitetinin rektoru prof.Dr.Necdet Budak və İzmir Şəhid Ailələrinə Dəstək Dərnəyinin üzvləri ilə görüşdə iştirak etmişlər. / 16 Aprel, 2024

Görüş zamanı XX əsrdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və deportasiyalar haqqında müzakirələr aparılmış, soyqırımı hadislərinin tanıdılması istiqamətində ilə birgə fəaliyyət barədə razılaşmalar əldə edilmişdir.

Paylaş

Spread the love