Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də ölkəmizdə keçiriləcək COP-29 beynəlxalq tədbiri ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti – 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə Kompleksin yaxınlığında ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada iştirak edən hər iki qurumun 25-dən çox əməkdaşı 40-dək həmişəyaşıl, tuya növlü iynəyarpaq ağac tingi əkmişlər.