• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə yeni bələdçilik layihəsinə start verilir / 30 Noyabr, 2024
 
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə şagird və tələbələr üçün 1918-ci il Azərbaycan tarixini dərindən öyrənmək və bələdçilik peşəsinin əsaslarını təqdim etmək məqsədilə xüsusi bir təlim proqramı hazırlanmışdır. Bu proqram şagirdlərə və tələbələrə soyqırımı hadisələrinin tarixi kontekstini, bu dövrün əhəmiyyətini və tarixi yaddaşın qorunmasınin vacibliyini izah etməklə yanaşı bələdçilik sahəsində lazımi bacarıqları inkişaf etdirməyə yönəlmişdir. Təlim nəzəri dərslər, interaktiv təqdimatlar və praktiki tapşırıqlar ilə zənginləşdirilmişdir. Şagirdlər və tələbələr həm tarixi biliklərini artıracaq, həm də bələdçilik peşəsi üzrə peşəkar xidmət bacarıqlarını mənimsəyəcəklər. Bu proqram gələcək nəslin tarixi bilgilərini və liderlik bacarıqlarını gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, təlim 2025-ci ilin aprel-sentyabr ayları ərzində təşkil olunacaq.

Paylaş

Spread the love