• qsmk@soyqirim.az
  • (023)336-37-07
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlığı çərçivəsində özbəkistanlı müəllimlər üçün təlim keçirilib. / 16 Oktyabr, 2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəbbüsü və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki Pedaqoji bacarıqlar mərkəzlərinin rəhbər və əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Muzey və Qoruqların Gənc Nəsilin Maarifləndirilməsində Rolu” adlı təlimdə iştirak ediblər.
Tədbir iştirakçıları Soyqırımı Memorial Kompleksinin muzeyi ilə tanış olduqdan sonra “Mədəni irsimiz: dünən və bu gün – Qarabağ abidələri” adlı fotosərgiyə baxış keçirilblər.
Giriş sözü ilə çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova qonaqları salamlayaraq Özbəkistan və Azərbaycan arasındakı dostluq münasibətinin tarixinə nəzər salıb. Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, Prof. Yusif Əliyev keçirilən təlim-proqramın əhəmiyyətini vurğulamışdır. Surxandərya Regional Pedagoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov təşkil olunan təlim-proqrama görə təşəkkür edərək təhsil sahəsindəki yeniliklər və əməkdaşlıq imkanlarından bəhs edib.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksinin direktoru müavini Mehriban Əliyeva, Kompleksin əməkdaşları İslam Aslanov və Emin Ulubəyov qoruq və muzeylərin fəaliyyəti, maarifləndirmədə rolu ilə bağlı məqalələrlə çıxışlar ediblər.
Tədbirin sonunda sertifikatlar təqdim olunub.

Paylaş

Spread the love