• qsmk@soyqirim.az
  • (023)336-37-07
8 noyabr - Zəfər Günü ərəfəsində Nardaran Tarix-Mədəniyyət Qoruğunun və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" nin təşəbbüsü ilə "XX əsrin tarixi həqiqətləri – 1918-ci il soyqırımları" adlı vebinar keçirilib. / 16 Oktyabr, 2025

Vebinarın moderatoru kompleksin direktor müavini Mehriban Əliyeva çıxış edərək 1918-ci il soyqırımları haqqında geniş məlumat verib. Çıxış edən Nardaran Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizəçisi Aytən Əliyeva, qoruğun tarixi və fəaliyyəti haqqında danışaraq həmin dövrdə soyqırımların Azərbaycan xalqının yaddaşında acı iz buraxdığını bildirib. Daha sonra çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” nin əməkdaşı Ülkər Zeynalova “1918-ci il Şamaxı Soyqırımı” mövzusunda danışaraq bildirib ki, Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı qırğınları xüsusi yer tutur. Vebinarın sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Spread the love