
Kəlağayı — Azərbaycan qadınının milli geyiminin ayrılmaz hissəsidir. O, təbii ipək saplardan toxunur və ənənəvi üsullarla bitki boyaları ilə rənglənir. Ən məşhur kəlağayı istehsalı mərkəzləri Basqal, Şəki və Gəncə olub. Kəlağayının üzərindəki naxışlar təsadüfi deyil — hər biri bir mənanı ifadə edir: “buta” bolluq və sevgi, “gül” zəriflik, “sarmaşıq” isə ömür və davamlılıq rəmzidir. Rəngləri də simvolik məna daşıyır: ağ – saflıq, qırmızı – sevgi və enerjini, qara – hüzn və mərhəməti bildirir. Keçmişdə kəlağayı yalnız geyim deyil, həm də dərin mənəvi dəyər daşıyırdı. Qızlara cehiz kimi verilirdi, toyda gəlinin başına qoyulurdu, bəzən barışığın və hörmətin rəmzi kimi təqdim edilirdi.
2014-cü ildə “Azərbaycan kəlağayısı və onun ənənəvi istehsalı sənəti” UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün də kəlağayı həm milli kimliyimizin, həm də incə sənətkarlığımızın simvolu olaraq qorunur və sevilir.