Dövlət Xidmətinin əməkdaşları “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi – Türkiyə Təcrübə Mübadiləsi Proqramı”nda iştirak edir / 10 Fevral, 2026
Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun dəstəyi ilə təşkil olunan “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi – Türkiyə Təcrübə Mübadiləsi Proqramı”ı başlayıb.
Proqramın məqsədi Türk dünyası mədəni irsinin bərpa-konservasiyası sahəsində əməkdaşlığın gücləndirilməsidir.
9–13 fevral tarixlərini əhatə edən proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistandan olan bərpa və konservasiya sahəsi üzrə mütəxəssislər Ankarada və İstanbulda bir araya gələcəklər.
Proqramın ilk günü iştirakçılar üçün Ankara Regional Bərpa və Konservasiya Laboratoriyasında sessiya keçirilib.
Səfər çərçivəsində növbəti tədbirlər İstanbul şəhərində baş tutacaqdır.
Paylaş