2018-ci ildə qəbul edilmiş, 5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində 2019-cu ilin yanvar ayından etibarən Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü və Qusar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunun bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici silsilə tədbirlərin yekunu olaraq 12.03.2019-cu il tarixində Qusar Peşə liseyində müəllim və tələbə heyətinin ümumilikdə 120-dən artıq şəxsin iştirakı ilə həyata keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra, Qusar Peşə liseyinin tarix müəllimi Dadaşbalayeva Umli təşkil olunan tədbirin keçirilməsinin mühümlüyünü və bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu qeyd etmişdir.
Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova son 2 əsrdə Qafqazda müsəlman- türk əhalisinə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti və 1918-ci ildə Azərbaycan torpaqlarında erməni quldur dəstələri tərəfindən törədilmiş vəhşilikləri haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Kompleksin mütəxəssisi Abutalib Turabov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında erməni vandallarının Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlıqdan uzaq cinayətləri barədə çıxış etmişdir.
Liseyin direktoru İmaməddin Zəkiyev bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu, gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladı.
Tədbir çərçivəsində iştirakçılar üçün ermənilər tərəfindən dinc yerli sakinlərə qarşı törədilmiş Quba Soyqırımı ilə bağlı sənədli film nümayiş edilmiş və sonda liseyin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunmuşdur.