• qsmk@soyqirim.az
  • (023)336-37-07
Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Heritage Turqoise:Restovrasiya, Arxeologiya, Muzeyşünaslıq, Kitabxanaçılıq, Texnologiyalar” adlı Konfrans və sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri və xidmətin tabeliyində olan 7 Tarix və Mədəniyyət qoruqlarının rəhbər və əməkdaşları, o cümlədən Soyqırımı Memorial Kompleksinin direktoru t.ü.f.d Rəxşəndə Bayramova və əməkdaşı Xəyal Nuhbalayev iştirak etmişdir. “Türk İrsi” mövzusunda keçirilən konfransın bölmələrində Konfransın davam etdiyi günlər ərzində Azərbaycanın tarixi həqiqətlərini, mədəni irsini, arxeoloji abidələrini tanıtmaq məqsədilə sərgi də təşkil edilmişdir. / 29 May, 2025

Sərgidə Soyqırımı Memorial Kompleksinə aid bukletlər, kitablar və digər maarifləndirici materiallar ziyarətçilərin diqqətinə çatdırılmış, Azərbaycan xalqına qarşı törədilmiş faciələrin tarixi və hüquqi aspektləri ətraflı şəkildə izah olunmuşdur.

Paylaş

Spread the love