qsmk@soyqirim.az
(023)336-37-07
EN
AZ
Ру
العربية
Home page
ABOUT COMPLEX
Orders and Decrees
News
HISTORY
Historical information
HISTORICAL MONUMENTS
Important historical dates and events
Our rich heritage
LIBRARY
YEAR OF HEYDAR ALIYEV
The Year of Constitution and Sovereignty
Virtual Travel
360 images
video
Contact
EN
AZ
Ру
العربية
Home page
ABOUT COMPLEX
Orders and Decrees
News
HISTORY
Historical information
HISTORICAL MONUMENTS
Important historical dates and events
Our rich heritage
LIBRARY
YEAR OF HEYDAR ALIYEV
The Year of Constitution and Sovereignty
Virtual Travel
360 images
video
Contact
The Year of Constitution and Sovereignty
Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Azərbaycan Respublikasının Qanunu (25 dekabr 1991) Geniş müzakirə və elmi diskussiyaların nəticəsi olaraq, 1926-cı ildə Bakı şəhərində keçirilən I Ümumittifaq Türkoloji qurultayın tövsiyəsi ilə Azərbaycan xalqı türk xalqları ilə birlikdə latın qrafikalı əlifbanı qəbul etmişdi. Azərbaycan dilinin səs quruluşu ilə uzlaşıb orfoqrafiya qaydalarının sadələşməsinə imkan açan, qısa müddətdə kütləvi savadlanmaya səbəb olan və xalqlar arasında elmi, mədəni əlaqələri genişləşdirən Azərbaycan əlifbası xalqın iradəsinə zidd olaraq, Mərkəzin təzyiqi ilə 1939-cu ildə kiril əlifbası ilə əvəz olunmuşdu. Bu akt 30-cu illərin kütləvi respressiyasının məntiqi davamı olub, türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, onları tədricən yadlaşdırıb bir-birindən uzaqlaşdırmaq məqsədi güdürdü. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yol verilmiş tarixi ədalətsizliyi aradan qaldırmaq üçün qərara alır: 1. «Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında» 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu bu gündən qüvvədən düşmüş hesab edilsin. 2. 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunsun. Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 1991-ci il № 33
1992-ci il 2 mart tarixində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu. Bu hadisə ölkəmizin beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmasının mühüm addımı idi. Azərbaycan həmin gün BMT Nizamnaməsinin öhdəliklərini qəbul edən rəsmi sənədə imza atdı. Bununla da dövlətimiz dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. 2 mart tarixi Azərbaycan diplomatiyasının qlobal arenaya çıxışının simvoluna çevrilib. Bu gün BMT binasında dalğalanan üçrəngli bayrağımız suverenliyimizin ən qürurlu nişanıdır.
Azərbaycanlıların soyqırımı haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Atəşkəs imzası
Azərbaycan Respublikasının Prezidenti Quba şəhərində «Soyqırımı memorial kompleksi» nin yaradılması haqqında Sərəncamı
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"The Contract of the Century"
2025-Cİ İL-KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ
×