Azərbaycan-Gürcüstan “Gənclər həftəsi” çərçivəsində Qubada keçirilən “Azərbaycan-Gürcüstan gənclərinin II beynəlxalq düşərgəsi”nin iştirakçıları Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər. Ziyarətçilərə bildirilmişdir ki, 2007-ci ildə Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi 1918-ci il soyqırımın bariz sübutu olmuşdur. / 25 July, 2025
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və həlak olan on minlərlə azərbaycanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 30 dekabr 2009- cu il tarixli sərancamı, Heydər Əliyev fondunun təşəbbüsü təşəbbüsü ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” yaradılmışdır.
Paylaş