Tədbirdə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Qədim Qəbələ – UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilmiş unikal arxeoloji şəhər”, Quba şəhərində ” Soyqırım Memorial Kompleksi”nin direltoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “Böyük Ermənistan xülyası” uğrunda daşnak erməniləri tərəfindən türk-müsəlmanlara qarşı həyata keçirilən Quba soyqırımı (aprel–may 1918-ci il)”, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva “Damcılı mağara düşərgəsində arxeoloji təkamül və mədəni davamlılıq”, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev “Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqi”, “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva “Çıraqqala: tarixi-arxeoloji tədqiqatlar və bərpa–konservasiya təhlilləri” mövzularında məruzə ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans iştirakçıları Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyində ekskursiyada iştirak ediblər.